ANA SƏHİFƏ LAYİHƏLƏR Sanrays Farma — Korporativ Veb Sayt

Sanrays Farma — Korporativ Veb Sayt

Kateqoriya Dərman şirkəti
Müştəri Sanrays Farma MMC
Tarix sentyabr 2024
Texnologiyalar
HTML5 CSS3 JavaScript Bootstrap jQuery PHP

Layihə haqqında

Sanrays Farma — Azərbaycanda fəaliyyət göstərən əczaçılıq şirkəti üçün sıfırdan hazırlanmış korporativ veb səhifədir. Sayt şirkətin peşəkar imicini əks etdirən, müasir və təmiz dizaynla təqdim olunub. Məqsəd şirkətin fəaliyyətini, məhsullarını və dəyərlərini ziyarətçilərə aydın şəkildə çatdırmaq olub.

Əsas bölmələr

Saytda şirkət haqqında məlumat, fəaliyyət sahələri, məhsul kataloqu, partnyor şirkətlər və əlaqə bölmələri yer alır. Hər bölmə ziyarətçiyə şirkətin fəaliyyəti haqqında tam təsəvvür yaradacaq şəkildə qurulub.

Məhsul kataloqu kateqoriyalar üzrə filtrasiya imkanı ilə təchiz edilib. Hər məhsulun ayrıca səhifəsi var — təsvir, istifadə qaydaları və əlaqəli məhsullar burada göstərilir.

Dizayn yanaşması

Əczaçılıq sahəsinə uyğun olaraq təmiz, etibarlı və peşəkar dizayn seçilib. Ağ və yaşıl tonların üstünlük təşkil etdiyi rəng palitası sağlamlıq və təbiiliklə assosiasiya yaradır. Bütün səhifələr telefon, planşet və kompüterdə eyni keyfiyyətdə görünür.

Salam! Sizə kömək edə bilərik? 👋
AS
Aghayeff Studio
Onlayn
Salam! Sizə necə kömək edə bilərik?