Web proqramlaşdırma nədir?
Web proqramlaşdırmanın tərifi və funksional məqsədləri
Web proqramlaşdırma - HTTP protokolu və internet brauzerləri üzərindən fəaliyyət göstərən veb əsaslı sistemlərin hazırlanması prosesidir. Bu prosesin məqsədi sadə statik səhifələrdən tutmuş mürəkkəb məlumat sistemlərinə qədər müxtəlif səviyyədə tətbiqlərin işlək vəziyyətə gətirilməsidir.
Əsas funksional məqsədlər:
- Məlumatların istifadəçiyə çatdırılması (vizuallaşdırma və strukturlama)
- İstifadəçi ilə qarşılıqlı əlaqə(interaktivlik)
- Məlumatların serverdə emalı və saxlanılması
- Təhlükəsizlik, inteqrasiya və performans təminatı
Web arxitekruasının tərkib hissələri
Web proqramlaşdırma üç əsas sahə əsasında təşkil olunur:
1.Klient tərəfi (Front-End)
İstifadəçinin brauzer vasitəsilə qarşılıqlı əlaqədə olduğu sahəni əhatə edir. Bu sahənin əsas məqsədi vizual interfeys yaratmaq və istifadəçi təcrübəsini optimallaşdırmaqdır. Aşğıdakı texnologiyalardan istifadə edilir:
- HTML5 - struktur vəsemantik elementlərin qurulması
- CSS3 - tərtibat, dizayn və vizual formatlama
- JavaScript - funksional və dinamik davranışların tətbiqi
- Əlavə alətlər: TypeScript, WebPack, Babel, React.js, Vue.js, Angular
2.Server tərəfi (Back-End)
Verilənlərin emal olunduğu, sorğuların cavablandığı və iş loqikasının idarə olunduğu hissədir. Əsas texnolgiyalar:
- Proqramlaşdırma dilləri: PHP, Python, Ruby, Java, Javascript(Node.js)
- Frameworklər: Laravel, Django, Spring, Express
- Verilənlər bazası sistemləri: MySQL, PostgreSQL, MongoDB
- Server texnolgiyaları: Apache, Nginx
3.Verilənlər bazası
Məlumatların saxlanılması və strukturlaşdırılmış şəkildə idarə olunması üçün istifadə olunur. Əlaqəli və NoSQL bazalar fərqli tələblər üzrə seçilir:
- Əlaqəli RDBMS: MySQL, MariaDB, PostgreSQL
- NoSQL: MongoDB, Redis, Cassandra
Proqramlaşdırma yanaşmaları və arxitektur dizayn
1.MVC (Model-View-Controller)
Ən çox istifadə olunan arxitektur modeldir. Məlumat modeli (Model), vizual interfeys (View) və idarəedici loqika (Controller) arasında funksional bölüşdürmə təmin edir.
2.RESTful və GraphQL API Dizaynı
Mikroxidmət və Front-End, Back-End tərəfinin ayrılığı üçün istifadə olunan interfeys standartlarıdır. REST sadə HTTP metodlarına əsaslanır, GraphQL isə qorğuların strukturlaşdırılmış şəkildə optimallaşdırılmasına imkan verir.
3.Monolit və Mikroservis yanaşmaları
- Monolit sistemlər - bütün modullar eyni tətbiqdə yerləşir
- Mikroservis - hər bir funksiya ayrı xidmət kimi fəaliyyət göstərir
Təhlükəsizlik və performans
Web proqramlaşdırmada təhlükəsizlik əsas prioritetlərdən birirdir. Ümumi risklər və qarşısının alınması yolları:
| Təhlükə | Təsviri | Qarşı tədbir |
|---|---|---|
| XSS | Zərərli skriptin yeridilməsi | HTML escape, Content Security Policy |
| CSRF | Avtomatlaşdırılmış istəklər | CSRF tokenləri |
| SQL Injection | Sorğuların manipulyasiyası | Prepared Statements |
| HTTPS olmaması | Məlumatların açıq ötürülməsi | SSL sertifikatı istifadəsi |
Tətbiq sahələri
Web proqramlaşdırma aşağıdakı sahələrdə geniş tətbiq olunur:
- Elektron ticarət: Onlayn mağazalar, ödəniş sistemləri
- İnformasiya sistemləri: Portallar, dövlət xidmətləri
- Sosial platformalar: Forumlar, sosial şəbəkələr
- Məlumat sistemləri: CRM, ERP, LMS
- Real-time tətbiqlər: Chat, video-konfrans sistemləri (WebSocket, WebRTC)
Web proqramlaşdırma, həm nəzəri, həm də praktik baxımdan çoxşaxəli və strateji əhəmiyyətə malik sahədir. Bu sahədə biliklərin dərinləşdirilməsi yalnız texniki bacarıqları artırmır, həm də informasiya cəmiyyətində funksional sistemlərin qurulmasına töhfə verir. Web əsaslı texnologiyaların gələcəkdə də sürətlə inkişaf edəcəyi proqnozlaşdırılır və bu, proqramçılardan daha çevik, təhlükəsiz və optimallaşdırılmış həllər tələb edir.
Paylaş :
Azərbaycan Fotoqrafları Birliyinin yeni vebsaytı istifadəyə verildi
Kiçik Bizneslər üçün Rəqəmsallaşma Bələdçisi
Kriptovalyutanın son vəziyyəti
Rəqəmsal marketinq: alqoritmlərlə insan arasında körpü
Dizaynın görünməyən tərəfi: UX/UI nədir?
İdeyanız Var? Biz Həyata Keçirərik
Komandamız biznesiniz üçün lazım olan alətləri yaratmağa hazırdır.